Azərbaycanca · Русский · English
Əsgər Sayğacı — məxfilik siyasəti
Əsgər Sayğacı (Google Play: «Əsgər Günü Sayma: Geri Sayım», «ДМБ Таймер: Дембельский», «Əsgər Günü Sayma: Countdown»): hərbi xidmətin bitməsinə qalan günləri sayan Android tətbiqi (paket com.solosoft.esgersaygaci). Hazırlayan: Solo Soft MMC (SoloSoft, Bakı). Son yenilənmə: 26 oktyabr 2026.
Qısaca: qeydiyyat yoxdur, reklam yoxdur, şəxsi məlumat toplanmır.
- Daxil etdiyiniz adlar, xidmətin başlanğıc, and içmə və tərxis tarixləri, dil və bildiriş ayarları yalnız telefonunuzda saxlanılır və heç yerə göndərilmir. Sayğacı silsəniz, məlumatları da silinir.
- Paylaş düyməsi ilə yaratdığınız şəkil telefonunuzda hazırlanır və yalnız sizin seçdiyiniz tətbiqə (Instagram, WhatsApp və s.) göndərilir.
- Gündəlik bildiriş telefonun özündə yaradılır; onu ayarlardan istənilən vaxt söndürə bilərsiniz.
- Tətbiq çökərsə, xətanın texniki təsviri (xəta mətni, tətbiq və Android versiyası, cihaz modeli) serverimizə göndərilir. Burada şəxsi məlumat yoxdur.
- Server jurnalları (IP ünvanı, vaxt, sorğu ünvanı) bir neçə gün saxlanılır və avtomatik silinir.
- Tətbiq rəsmi deyil, Müdafiə Nazirliyi və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqəli deyil.
Əlaqə: [email protected]